Bank Of Baku

ABŞ-da avtomobilin uşaq bağçasına çırpılması nəticəsində 3 uşaq xəsarət alıb

ABŞ-da avtomobilin uşaq bağçasına çırpılması nəticəsində 3 uşaq xəsarət alıb
# 31 iyul 2013 01:34 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Missuri ştatının Kanzas-siti şəhərində avtomobil uşaq bağçasına çırpılıb, nəticədə 3 uşaq və sürücü xəsarət alıb.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, yüksək sürətlə hərəkət edən yolsuzluq avtomobilin  uşaq bağçasının qarşısında dayanmış avtomobillə toqquşub. Güclü zərbədən irəlidəki maşın bağçanın divarını uçuraraq içəri daxil olub.   

 

Hadisə nəticəsində 4 nəfər müxtəlif xəsarətlə xəstəxanaya aparılıb. Qəza zamanı bağçada 40 uşaq olub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR