Bank Of Baku

ABŞ-da güclü qar fırtınası səbəbindən minədək təyyarə reysi təxirə salınıb

ABŞ-da güclü qar fırtınası səbəbindən minədək təyyarə reysi təxirə salınıb
# 14 dekabr 2013 20:30 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın şimal-şərqində tüğyan edən güclü qar fırtınası səbəbindən yüzlərlə təyyarə reysi təxirə salınıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, sinoptiklər dekabrın 15-də ölkənin şimal-şərqində və Orta Qərb bölgəsində 35 santimetrədək qar yağacağını proqnozlaşdırırlar.  Bu səbəbdən aviaşirkətlər təyyarə reyslərini təxirə salmağa başlayıb. Hazırda minədək təyyarə reysi təxirə salınıb. Təbii fəlakətdən ən çox Nyu-Cersi və İllinoys ştatlarının zərər çəkdiyi bildirilir. Bu ştatlarda, müvafiq olaraq, 350 və 170 təyyarə reysi təxirə salınıb.

 

Meteoroloqlar hava şəraitin daha da pisləşəcəyini proqnozlaşdırırlar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR