Bank Of Baku

ABŞ-da naməlum şəxs hərbi bazada atəş açıb, ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO

ABŞ-da naməlum şəxs hərbi bazada atəş açıb, ölən və yaralananlar var - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 03 aprel 2014 02:50 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, silahlı insident nəticəsində daha 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

 

Onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir. 

 

Atışma hərbi tibb mərkəzinin binası yaxınlığında baş verib. Hadisəni törədənin şəxsiyyəti, cinayətin motivi barəsində hələ ki açıqlama verilmir. 

 

Bununla belə, ABC telekanalının öz mənbələrinə istinadən verdiyi məlumata görə, ölənlərin sayı artıq 4 nəfərə çatıb. 

 

***

 

saat 04:06

 

 

Bakı - APA. ABŞ-ın Texas ştatında yerləşən Fort-Hud hərbi bazasında silahlı insident baş verib.

 

APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində ən azı 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

Hazırda hadisə yerində əməliyyat-axtarış tədbirləri aparılır. Digər təfərrüatlar hələlik məlum deyil.

 

Killin şəhərindəki Fort-Hud hərbi bazası ABŞ Quru qoşunlarının ən iri bazalarından biridir.

 

Xatırladaq ki, 2009-cu ildə adıçəkilən hərbi bazada üç hərbçi 13 nəfəri öldürüb, 32 nəfəri yaralamışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR