Bakı-APA. ABŞ-ın Corcia ştatının Dekeyter şəhərində naməlum silahlı şəxs ibtidai məktəblərin birinə daxil olaraq atəş açıb.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, CNN telekanalı şagirdlərin və müəllimlərin hazırda məktəbdən təxliyə olunduqlarını bildirir.
İlkin məlumata görə, atəş açan şəxs saxlanılıb, xəsarət alan yoxdur.