Bakı-APA. ABŞ-ın Nevada ştatında yerləşən tibbi mərkəzdə atışma olub. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Məlumata görə, hadisə Reno şəhərində baş verib.
Reno Gazette-Journal nəşrinin məlumatına görə, naməlum şəxs tibb mərkəzində atəş açandan sonra özünü güllələyib. CNN telekanalının məlumatına görə, insident nəticəsində 4 nəfər yaralanıb. Hadisənin səbəbləri məlum deyil.