Bank Of Baku

ABŞ-da qatarın qəzaya uğradığı ərazidən əhali təxliyə edilib

ABŞ-da qatarın qəzaya uğradığı ərazidən əhali təxliyə edilib
# 29 may 2013 04:40 (UTC +04:00)

Bakı-APA.  ABŞ-ın Merilend ştatında ötən gün kimyəvi maddələr daşıyan qatarın qəzaya uğradığı ərazidə əhali təxliyə edilib. APA-nın məlumatına görə, bu barədə Baltimor polisinin açıqlamasında bildirilir.   

 

“Müəyyən olunub ki, naməlum kimyəvi maddələr daşıyan qatar yük avtomobili ilə toqquşduqdan sonra anbara çırpılıb. Yük maşınının sürücüsü avtomobildən çıxarılıb. Dörd anbar evakuasiya olunub”, deyə polisin məlumatında bildirilir.  

 

Polisin məlumatına görə,  yük maşınının sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yük qatarında olan iki şirkət əməkdaşı xəsarət almayıb.

 

Hadisə nəticəsində 15 vaqon relsdən çıxaraq aşıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR