Bank Of Baku

ABŞ-da şəhər meri rüşvət aldığı üçün həbs edilib

ABŞ-da şəhər meri rüşvət aldığı üçün həbs edilib
# 27 mart 2014 03:44 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 47 yaşlı Patrik Kennon xüsusi xidmət orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

 

Şəhər merinin həbsinə səbəb onun rüşvət almasıdır. Kennonu 1 milyon dollar məbləğindən artıq cərimə və 20 ilədək həbs cəzası gözləyə bilər.

 

Patrik Kennon Demokrat partiyasının üzvüdür, mer seçkilərində 2013-cü ilin noyabrında qalib gəlib.

 

Qeyd edək ki, Şarlott şəhəri Nyu-Yorkdan sonra ABŞ-ın ən iri maliyyə mərkəzidir. Burada ölkənin ən iri banklarından biri – Bank of Amerikanın baş ofisi və bir sıra iri korporasiyalar yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR