Bank Of Baku

ABŞ-da silahlı şəxs azı 3 nəfəri girov götürüb

ABŞ-da silahlı şəxs azı 3 nəfəri girov götürüb
# 13 avqust 2013 23:40 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Luiziana ştatındakı bankların birində silahlı şəxs azı 3 nəfəri girov götürüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, insident Sent Cosef şəhərində baş verib. Cinayətkarın üzərində avtomat silah olduğu bildirilir.

 

Məlumata görə, girov götürülmüş şəxslərin bank işçisi olduğu ehtimal olunur. Binada müştərilərin olması barədə məlumat yoxdur.  

 

Hadisə yerinə polis cəlb olunub. Federal Təhqiqat Bürosunun da əməkdaşlarının gəlməsi gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR