Bakı-APA. ABŞ-ın Pensilvaniya ştatında baş vermiş atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, optik nişangahlı tapança ilə silahlanmış şəxs Ross şəhərində bələdiyyə yerləşən binaya daxil olaraq orada olan insanlara atəş açmağa başlayıb. İnsident bələdiyyə işçilərinin iclası zamanı baş verib.
Cinayətkar artıq saxlanılıb. Onun hərəkətlərinin motivləri hələlik məlum deyil.