Bank Of Baku

ABŞ-da təbii yanğın səbəbindən 30 min nəfər evakuasiya edilib

ABŞ-da təbii yanğın səbəbindən 30 min nəfər evakuasiya edilib
# 15 may 2014 02:51 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Kaliforniyanın ştatında güclü təbii yanğın nəticəsində 30 min nəfər evakuasiya edilib.

 

CBS telekanalı xəbər verir ki, Karlsbad şəhərini və Kemp-Pendlton hərbi bazasının yaxınlığını yanğın bürüyüb. Karlsbadda elektrik enerjisi kəsilib, yanğın ən azı 30  tikilini məhv edib.

 

Yanğının söndürülməsinə helikopterlər cəlb olunub. Ölən və yaralananlar barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR