Bakı-APA. ABŞ-ın Miçiqan ştatında kiçik birmotorlu təyyarə qəzaya uğrayıb. APA-nın xəbərinə görə, bu barədə ABŞ Federal Mülki Aviasiya idarəsi məlumat verib.
Təyyarə Dalton şəhərindəki hava limanından qalxıb. Lakin planlaşdırıldığı kimi Ovosso şəhərində yerə enə bilməyib. Qəza Maunt-Morris şəhəri yaxınlığında baş verib. Hadisə nəticəsində 2 nəfər həlak olub.
Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.