Bakı-APA. ABŞ-ın Nyu Cersi ştatındakı Hərbi-Dəniz Qüvvələrinin bazasında yerləşən silah-sursat anbarında baş verən partlayış nəticəsində azı 8 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yaralılardan 1 nəfərin vəziyyəti ağırdır, qalanların isə xəsarətləri yüngüldür. Onların, əsasən, tüstüdən zərər çəkdikləri bildirilir. Bütün zərər çəkmiş hərbçilər xəstəxanaya yerləşdirilib.
ABŞ Hərbi-Dəniz Qüvvələrinin nümayəndələrinin açıqlamasında qeyd olunur ki, partlayış gəmilərin birində aparılan təmir işləri zamanı baş verib. İnsidentin səbəbləri araşdırılır.