Bakı-APA. ABŞ-ın Nyu Meksiko ştatında naməlum silahlı şəxs məktəbə soxularaq atəş açıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 1 nəfər yaralananıb.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs artıq saxlanılıb.
“Assoşieyted Press”in məlumatına görə, məktəblilər avtobuslarla yaxınlıqdakı ticarət mərkəzinə təxliyə olunub.
İnsidentin təfərrüatları hələlik açıqlanmır.