Bank Of Baku

ABŞ-ın sanksiya tətbiq etdiyi İranın fiziki və hüquqi şəxslərin adı açıqlanıb

ABŞ-ın sanksiya tətbiq etdiyi İranın fiziki və hüquqi şəxslərin adı açıqlanıb
# 24 may 2013 10:26 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. ABŞ Maliyyə Nazirliyi İranın nüvə və hərbi proqramlarına yardım göstərdiklərinə və materiallarla təchiz etdiklərinə, həmçinin bu ölkənin neftinin ixracına qoyulmuş sanksiyaya əmək etmədiklərinə görə “qara siyahı”ya saldığı 20 fiziki və hüquqi şəxsin adını açıqlayıb.

 

APA-nın məlumatına görə, sanksiya ümumilikdə 12 fiziki və 8 hüquqi şəxsə qarşı tətbiq edilib.

 

Bunlar “Petro Suiss Intertrade” şirkətinin direktoru Məsud Bahduri, İran Milli Neft Şirkətinin maliyyə direktoru Mahmud Nikusoxan, İran müdafiə nazirinin müavini Rza Müzəffərniya, həmçinin Böyük Britaniya vətəndaşı olan Mirzə Hüseyn Vaharehdir.

 

Bundan əlavə, “Aban Air”, “Andisheh Zolal”," “Dee. Eph. Es. Uorldvayd”, “Global Energy International”, “Evereks”, “Sea Global Line İnc.”, "Petro Green” və “Zolal İran” şirkətləri də “qara siyahı”ya daxil edilib. Sanksiyaya əsasən, ABŞ-ın fizik və hüquqi şəxslərinin onlarla əməkdaşlıq etməsi qadağan edilir, eyni zamanda “qara siyahı”ya düşmüş fiziki və hüquqi şəxslərin ABŞ-ın maliyyə sistemindən istifadəsi tamamilə məhdudlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR