Bakı-APA. ABŞ-ın BMT TŞ-nin sanksiyası olmadan Suriya ilə bağlı planını dəstəkləyən bəyanata daha 8 ölkə qoşulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında deyilir.
Məlumata görə, bəyanata Gürcüstan, Qvatemala, Küveyt, Malta, Monteneqro, Panama, Polşa və Portuqaliya qoşulub.
Beləliklə, ABŞ-ın BMT TŞ-nin sanksiyası olmadan Suriya ilə bağlı addımlarını dəstəkləyən ölkələrin sayı 33-ə çatıb.