Bank Of Baku

ABŞ-ın Virciniya ştatında hərbi helikopter qəzaya uğrayıb - YENİLƏNİB

ABŞ-ın Virciniya ştatında hərbi helikopter qəzaya uğrayıb - <span style="color: red;">YENİLƏNİB
# 09 yanvar 2014 02:22 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, helikopter Atlantik okeanının sahilində yerləşən Virciniya-Biç  şəhəri yaxınlığında  suya düşüb.

 

Helikopterin göyərtəsində 5 nəfər olub, onlardan 4-ü xilas edilib.  Lakin hərbçilərdən 2 nəfəri aldıqları xəsarət nəticəsində hospitalda keçiniblər.

 

Ekipajın beşinci üzvünün axtarışı davam edir. Sağ qalmış hərbçilərin vəziyyəti haqqında məlumat verilmir.

 

Qəzanın səbəbləri hələ ki bəlli deyil.

 

***

 

23:15

APA-nın Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, bu gün ABŞ-ın Virciniya ştatında hərbi helikopter qəzaya uğrayıb.

 

Helikopterin göyərtəsində 5 nəfər olub, onlardan 4-ü axtarış-xilasetmə əməliyyatı aparılarkən xilas edilib.

 

Ekipajın beşinci üzvünün axtarışı davam edir.

 

***

 

21:40

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, helikopterin göyərtəsində 5 hərbçi olub.

 

Hərbi yük helikopteri Norfolk şəhəri yaxınlığında  qəzaya uğrayıb.

 

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR