Bank Of Baku

ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşlarının 70 faizi məcburi məzuniyyətə göndərilib

ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşlarının 70 faizi məcburi məzuniyyətə göndərilib
# 02 oktyabr 2013 04:04 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Hill” qəzeti kəşfiyyat idarəsinin yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.   

  

Milli kəşfiyyatın rəhbərinin nümayəndəsi Şon Terner yaydığı bəyanatda bunun ABŞ-ın milli təhlükəsizliyinə olan təhdidlərin izlənməsində çətinliklər yaradacağı barədə xəbərdarlıq edib.    

 

“Qəfil və geniş ixtisarlar üzərinizə böyük riskin götürülməsi deməkdir və biz kəşfiyyata olan    tələbləri artıq tam həcmdə təmin edə bilməyəcəyik”, deyə Terner vurğulayıb.   

 

Onun sözlərinə görə, kəşfiyyat yalnız son dərəcə mühüm ehtiyacları ödəyə biləcək.   

 

Qeyd edək ki, ABŞ-da 16 xüsusi xidmət orqanı fəaliyyət göstərir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR