Bank Of Baku

ABŞ 9 ölkəni İrana qarşı neft sanksiyalarından azad edib

ABŞ 9 ölkəni İrana qarşı neft sanksiyalarından azad edib
# 30 noyabr 2013 08:53 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Dövlət Departamenti 9 ölkəni İrana qarşı neft sanksiyalarından 6 ay müddətinə azad edib.

 

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, həmin ölkələr arasında Çin, Hindistan, Cənubi Koreya, Türkiyə və Tayvan da var.

 

Dövlət Departamenti 9 ölkənin 2012-ci maliyyə ili milli müdafiə səlahiyyət qanununun (NDAA) 1245 saylı maddəsinə uyğun olaraq təkrar sanksiyalardan azad edildiyini açıqlayıb. Bundan əlavə, Malayziya, Cənubi Afrika Respublikası, Sinqapur və Şri-Lanka bir daha sanksiyalardan azad edilən ölkələrdir. Ümumiyyətlə, ABŞ Dövlət Departamenti 9 ölkəni dördüncü dəfə sanksiyalarda azad edildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR