Bank Of Baku

ABŞ: «Çin Yerə yaxın orbitdəki peykləri məhv edəcək raketin sınağını keçirib»

ABŞ: «Çin Yerə yaxın orbitdəki peykləri məhv edəcək raketin sınağını keçirib»
# 16 may 2013 03:32 (UTC +04:00)

Bakı-APA. Çin bazar ertəsi Sincan əyalətindəki eyniadlı kosmodromdan Yerə yaxın orbitdəki peykləri vura bilən raketin sınağını keçirib. APA-nın məlumatına görə, bu barədə Reuters-ə ABŞ hərbi dairələrindəki mənbə məlumat verib.

 

Mənbənin bildirdiyinə görə, «bu quru səthdən buraxılmış raket olub. Onun buraxılışı orbitdə olan peyklərin məhv edə biləcək raketin ilk sınağıdır».

 

Çin rəsmiləri isə Sincan kosmodromundan raket buraxılışını hərbi yox, elmi məqsədlərlə izah ediblər. Çin hökumətinin məlumatına əsasən, buraxılış Yerin maqnit sahəsinin və onun kosmik mənşəli yüklü zərrəcik axınları ilə təmasının öyrənilməsi məqsədilə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR