Bakı-APA. ABŞ dövlət katibi Con Kerri “Taliban” hərəkatını ABŞ və Əfqanıstan hökumətləri ilə birbaşa dialoqa çağırıb.
C.Kerri bu bəyanatı Qətərin paytaxtında “Taliban”ın nümayəndəliyi açıldıqdan sonra səsləndirib.
ABŞ dövlət katibi xəbərdar edib ki, dialoq baş tutmasa Dohadakı nümayəndəlik bağlanacaq, hərəkatın özü isə yenidən qanunsuz hesab ediləcək.