Bank Of Baku

ABŞ: Suriyanın 1000 tonadək kimyəvi silahı ola bilər

ABŞ: Suriyanın 1000 tonadək kimyəvi silahı ola bilər
# 13 sentyabr 2013 03:32 (UTC +04:00)

Bakı-APA. Suriya hakimiyyətinin 1000 tonadək kimyəvi silahı ola bilər. APA-nın xəbərinə görə, bu barədə “Röyters” agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

 

“Bu Liviyanın nə vaxtlarsa sahibi olduğu kimyəvi silah arsenalından xeyli çox, lakin Rusiya və ABŞ-ın o zamankı ehtiyatlarından azdır. Bu isə ciddi çağırışlar yaradır”, deyə Dövlət Departamentində bildiriblər.    

 

Qeyd edək ki, bundan öncə Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət karibi Con Kerri Suriyanın kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi məsələsinin müzakirəsinə başlayıblar.  

 

Həmçinin ötən gün Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri Suriyanın kimyəvi silahın qadağan olunması haqqında konvensiyaya qoşulduğunu bəyan edib.

 

BMT baş katibi Pan Qi Mun Suriyanın kimyəvi silahın qadağan olunması haqqında konvensiyaya qoşulması barədə bəyanatını alqışlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR