Bakı-APA. ABŞ Suriyadakı durumla əlaqədar Aralıq dənizində hərbi mövcudluğunu gücləndirmək niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Röyter”ə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
Aralıq dənizi tərk etməli və ABŞ-a qayıtmalı olan “Mahan” adlı hərbi gəminin bölgədə qalacağı bildirilir.
Adı açıqlanmayan ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, ABŞ Hərbi-Dəniz Qüvvələri hərbi əməliyyatlara hazırlığa dair hər hansı göstəriş almayıb.