Bank Of Baku

ABŞ Avropa Birliyinin «Hizbullah»la bağlı qərarını alqışlayıb

ABŞ Avropa Birliyinin «Hizbullah»la bağlı qərarını alqışlayıb
# 22 iyul 2013 23:12 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. ABŞ dövlət katibi Con Kerry “Hizbullah” qruplaşmanın Avropa Birliyi tərəfindən terrorist təşkilatların siyahısına daxil etməsini alqışlayıb. Bu barədə APA-nın ABŞ Dövlət Departamentin saytına istinadən məlumat verir. Dövlət katibinin fikrincə, AB  bu addımı ilə “Hizbullah” qruplaşmaya ciddi bir ismarıc göndərmiş oldu.

 

C.Kerri bildirib ki, bu qərar qruplaşmanın Avropada rahat hərəkət etməyinə təsir göstərəcək və Avropa hüquq-mühafizə orqanlarına “Hizbullah”ın maliyyə, logistika fəaliyyətini dağıtmağa və onların Avropada törətdikləri terror aktlarını açmağa kömək edəcək: “Bir çox dövlətlər «Hizbullah”ı Suriyada Bəşər Əsədin rejiminin tərəfini tutmasına, beynəlxalq cinayət şəbəkələrinə qoşulduğuna və bütün dünyada terror hücumlarını planlaşdırdığına görə təhlükəli bir təşkilat kimi tanıyırlar. Biz digər dövlətləri də Avropa Birliyinin atdığı addımı atmağa çağırırıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR