Bank Of Baku

ABŞ BMT-dən Suriyada kimyəvi silahdan istifadə edib-edilməməsini araşdırmağı tələb edir

ABŞ BMT-dən Suriyada kimyəvi silahdan istifadə edib-edilməməsini araşdırmağı tələb edir
# 21 avqust 2013 18:46 (UTC +04:00)

Bakı-APA. ABŞ BMT-dən Suriya ordusu tərəfindən kimyəvi silahın istifadə edib-edilməməsinin araşdırılmasını tələb edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ağ evin nümayəndəsi Coş Ernest çıxış edib. O qeyd edib ki, Birləşmiş Ştatlar istənilən formada kimyəvi silahdan istifadəni qətiyyən pisləyir.

 

“Kimyəvi silahdan istifadə edənlər məsuliyyətə cəlb olunmalıdır. Biz bu gün formal olaraq tələb edəcəyik ki, BMT yeni ittihamları araşdırsın”, - deyə o vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR