Bakı-APA. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer BMT Təhlükəsizlik Şurasının qapalı iclasında Suriyada təxirəsalınmaz addımların atılmasına çağırıb. APA-nın verdiyi məlumata görə, bu barədə İTAR-TASS-ın müxbirinə BMT mənzil-qərargahındakı mənbə məlumat verib.
Toplantıya BMT TŞ-nin daimi üzvləri-Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa dəvət olunub. İclas başlayandan 1 saat sonra Rusiya və Çin nümayndələri otağı tərk edib. Onlar Haitidəki vəziyyətlə bağlı müzakirələrin aparıldığı salona gedib.