Bank Of Baku

ABŞ Dövlət Departamenti: Prezidentliyə namizədlər İran xalqının deyil, hakimiyyətin maraqlarını təmsil edəcək

ABŞ Dövlət Departamenti: Prezidentliyə namizədlər İran xalqının deyil, hakimiyyətin maraqlarını təmsil edəcək
# 22 may 2013 14:27 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. ABŞ İranda bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək hüququ qazanmış namizədlərlə bağlı mövqeyini açıqlayıb.

 

APA-nın məlumatına görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Patrik Ventrell bildirib ki, İran Daxili İşlər Nazirliyinin təqdim etdiyi siyahıda yer alan şəxslər xalqın deyil, hakimiyyətin maraqlarını təmsil edəcək: “Həqiqətən də İran xalqının maraqlarını təmsil edə biləcək şəxslər seçkiyə buraxılmayıblar”.

 

Qeyd edək ki, İran Daxili İşlər Nazirliyi prezident seçkilərində iştirak etmək hüquq qazanmış namizədlərin siyahısını mətbuatda dərc etdirib. Siyahıda İran Konsitusiyasına Nəzarət Şurasının (Şura-ye Negəhban) mayın 21-də prezidentliyə namizəd kimi qeydiyyatdan keçmiş 686 nəfərdən XI dövr prezident seçkilərinə buraxdığı 8 nəfərin adı var. Bunlar İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti, İran parlamentinin sabiq spikeri, ayətullah Xamneyinin qudası Qulaməli Həddad Adil, Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı, İran Məsləhət Şurasının katibi Möhsün Rzayi, İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani, sabiq vitse-prezident Məhəmmədrza Arif və keçmiş poçt və teleqraf naziri Məhəmməd Qərazidir. Bu namizədlərdən 5-i mühafizəkar, 3-ü isə islahatçılar qanadına mənsubdur. İran Konstitusiyasına Nəzarət Şurası İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani və İran prezidenti Mahmud Əhmədinejadın qudası İsfəndiyar Rəhim Məşayinin isə səlahiyyətini rədd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR