Bank Of Baku

ABŞ Dövlət Departamenti İrana qarşı yeni sanksiyaların əleyhinə çıxış edib

ABŞ Dövlət Departamenti İrana qarşı yeni sanksiyaların əleyhinə çıxış edib
# 12 noyabr 2013 21:43 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri Konqress tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiq olunmasını “səhv” adlandırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bəyan edib.

 

Qeyd edək ki, İran və “altılıq” ölkələri beynəlxalq və ikitərəfli sanksiyaların yumşaldılması   müqabilində nüvə proqramının dayandırılmasına dair danışıqlar aparır. 

 

Bundan əvvəl hər iki partiyadan olan senatorlar Cenevrədə keçirilən danışıqların uğursuz olacağı təqdirdə İrana qarşı yeni sanksiyalar tətbiq etməyi təklif ediblər. 

 

“Biz sanksiyaları İrandakı rejimi məsuliyyətə cəlb etmək və vəziyyəti indiki məqama çatdırmaq məqsədi ilə tətbiq etdik”, deyə Psaki vurğulayıb. “Biz bu yolun uğurlu olacağının bilmirik, lakin diplomatiyanı sınamaq vacibdir”, deyə o əlavə edib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR