Paşha Bank
Bank Of Baku

ABŞ Dövlət Departamentində iftar mərasimi təşkil olunub

ABŞ Dövlət Departamentində iftar mərasimi təşkil olunub
# 25 iyul 2013 11:26 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Dünən ABŞ Dövlət Departamentində iftar süfrəsi təşkil olunub. APA-nın Departamentin saytına istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən dövlət katibi Con Kerri bildirib ki, müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayı düşünmələrin və duaların ayıdır: “Bu şəfqət və xeyirxahlığın ayıdır. Ona görə, ABŞ-da və dünyada yaşayan milyonlarla müsəlmanlara mən bu gecə “Ramazan Kərim!” deyirəm”.

 

Bu yaxınlarda Yaxın Şərqə etdiyi səfərə toxunan C.Kerri bildirib ki, bu gün fələstinlilər və israillilər, şiə və sünni müsəlmanlar və digər azlıqlar arasında uzunmüddətli sülhün və əmin-amanlığın bərqərar olunması əvvəlkindən də çox vacibdir: “Buraya həm Suriyada, həm də digər yerlərdə və azadlığı qazanmaq istəyən insanları əhatə etmək olar. Misirdə, Tunisdə baş verən hadisələr dini xarakter daşımırdı. Ayağa qalxan insanlar hökumətin onların tələblərini cavab verə bilməməyinə görə təəssüfləniblər. Və cavan nəsil görəndə ki, yoxsulluqdan çıxmaq yolları mövcud deyil, o zaman problemlər daha ciddi forma alır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR