Bank Of Baku

ABŞ Dövlət Departamentinin sözçüsü: “Hazırda top İranın meydanındadır”

ABŞ Dövlət Departamentinin sözçüsü: “Hazırda top İranın meydanındadır”
# 07 avqust 2013 16:54 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Hazırda top İranın meydanındadır”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.

 

Onun sözlərinə görə, hazırda nüvə problemində irəliləyişin əldə olunması üçün addımlar atmaq məsələsində növbə İranındır: “Ona görə də İran yaranmış fürsətdən istifadə etməklə özünün mübahisəli nüvə proqramı ilə bağlı dünya ictimaiyyətinin narahatlığını aradan qaldırmaq üçün ciddi addımlar atmalıdır”.

 

C.Psaki deyib ki, İran üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməli və nüvə məsələsinin sülh yolu ilə həlli üçün alternativ yol tapmalıdır: “Biz İranın nüvə məsələsinin nizamlanması üçün hansı inamlı addımları atacağını gözləyəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR