Bank Of Baku

ABŞ dövlət katibi: “İran 2003-cü ildə ABŞ-a nüvə razılaşması təklif edib”

ABŞ dövlət katibi: “İran 2003-cü ildə ABŞ-a nüvə razılaşması təklif edib”
# 10 dekabr 2013 07:59 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Cenevrə razılaşması İranın nüvə proqramını inkişaf etdirməsi prosesini dayandırıb və öz əvvəlki vəziyyətinə geri qaytaracaq”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri bildirib.

 

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında belə bir razılıq əldə olunmasaydı, rəsmi Tehran nüvə maddələrini anbarlara yığmağa davam edərdi: “Nəticədə onlar bundan nüvə silahının istehsalında istifadə edə bilərdilər”.

 

C.Kerri deyib ki, İran 2003-cü ildə öz nüvə proqramını inkişaf etdirdiyini ictimaiyyətə açıqlayan zaman yalnız 168 sentrifuqa quraşdırmışdı: “Həmin vaxt İran ABŞ-a nüvə razılaşması təklif etdi. Ancaq ABŞ-ın sabiq prezidenti Corc Buş bu təklifə laqeyd qaldı. Bu da nəticədə İranın nüvə proqramının genişlənməsinə və bu nöqtəyə gətirib çıxardı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR