Bank Of Baku

ABŞ dövlət katibi: “İrana qarşı sanksiyalar götürülməyəcək”

ABŞ dövlət katibi: “İrana qarşı sanksiyalar götürülməyəcək”
# 30 sentyabr 2013 07:32 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran nüvə silahı istehsal etmək niyyətində olmadığını sübut etmədiyi müddətcə bu ölkəyə qarşı tətbiq olunmuş sanksiyalar götürülməyəcək”. APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri CBS telekanalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, rəsmi Tehran bunun üçün “Fordo” da daxil olmaqla bütün nüvə obyektlərində beynəlxalq müfəttişlərin yoxlamalar aparması üçün imkan yaratmalı, uranın zənginləşdirilməsini təxirə salmalı və əlavə protokol imzalamalıdır: “Yəni İran əməkdaşlığı qəbul etsə və bütün nüvə obyektlərini beynəlxalq müfəttişlərin üzünə açsa, onda bu ölkəyə tətbiq olunmuş sanksiyaların götürülməsi barədə qərar bir neçə ay ərzində qəbul edilə bilər. Biz razılığın daha tez əldə olunmasına inanırıq. Çünki hər şey İranın bu prosesə necə hazır olmasından asılıdır. İran nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini isbatlasa, onda bu ölkə ilə münasibətlərdə əsaslı dəyişikliklər baş verə bilər”.

 

Bu arada amerikalı senatorlar Robert Menendes və Lindsi Qraham “The Washington Post” qəzetində “İran səfiri dəyişdi, mesaj dəyişmədi” başlığı altında dərc etdikləri hesabatlarında rəsmi Tehranın imicinin dəyişmədiyini qeyd ediblər. Onlar İrana qarşı diplomatiyaya optimist baxdıqlarını, ancaq sanksiyaların sərtləşdirilməsini də dəstəklədiklərini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR