Bank Of Baku

ABŞ dövlət katibi: “İranla anlaşılmazlığın olması zəif bir kompromisdən daha yaxşıdır”

ABŞ dövlət katibi: “İranla anlaşılmazlığın olması zəif bir kompromisdən daha yaxşıdır”
# 14 oktyabr 2013 09:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ dövlət katibi Con Kerri oktyabrın 13-də Amerika-İsrail İctimai Əlaqələr Komitəsinın (AIPAC) London şəhərində keçirilmiş konfransında çıxışı zamanı İranın nüvə proqramından danışıb.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, C.Kerri bildirib ki, İranla diplomatik pəncərə açıqdır: “Biz İranın nüvə proqramının dinc yolla həllinə nail olmağa çalışırıq. Ancaq rəsmi Tehranın da söz və əməlləri eyni olmalıdır. Biz İranla hər hansı razılaşma zamanı İsrailin təhlükəsizlik məsələsini nəzərə alacağıq. İranla anlaşılmazlığın olması zəif və kifayət qədər yetərli olmayan kompromisdən daha yaxşıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR