Bank Of Baku

ABŞ dövlət katibi: “İranla fikir ayrılıqları razılığın əldə olunmasına əngəl törətmir”

ABŞ dövlət katibi: “İranla fikir ayrılıqları razılığın əldə olunmasına əngəl törətmir”
# 13 noyabr 2013 11:45 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranla fikir ayrılıqları razılığın əldə olunmasına maneə törədə biləcək qədər böyük anlaşılmazlıq deyil”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib. O bildirib ki, dünya ictimaiyyəti İranın nüvə silahı istehsal etmək niyyətində olmadığından əmin olmalıdır: “Hazırda İranla “altılıq” ölkələri arasında heç bir ixtilaf nüvə məsələsində razılığa nail olmağa əngəl törədəcək dərəcədə əhəmiyyətli və böyük deyil. Biz həqiqətən uzlaşmağa çox yaxınlaşmışdıq. “Altılıq” ölkələri İrana təqdim olunan bir təklif üzərində həmfikir oldular, ancaq qarşı tərəf geri dönməyə ehtiyac duydu”.

 

C. Kerri həmçinin İrana qarşı sanksiyaların sərtləşdirilməsinin yanlış bir addım ola biləcəyini deyib: “İranın nüvə məsələsi ilə bağlı qızğın müzakirələr getdiyi ərəfədə bu ölkəyə qarşı sanksiyaların gücləndirilməsi yanlışlıq olacaq”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR