APA-nn İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.
Onun sözlərinə görə, hazırda tərəflər arasında münaqişəli məsələlər azalıb: “İranın nüvə silah istehsal etmək niyyətində olmadığına dair mühüm irəliləyiş baş verib. İranla razılaşmaya çox yaxınlaşdıq. Hazırda biz Cenevrəni tərk etdiyimiz halda bu şəhərə gəldiyimiz vaxtdan daha artıq razılaşma əldə etmişik. Bununla belə, hələlik çox işimiz var”.