Bank Of Baku

ABŞ dövlət katibi Con Kerri: “Amerika Suriya müxalifətinə yardımı artıracaq”

ABŞ dövlət katibi Con Kerri: “Amerika Suriya müxalifətinə yardımı artıracaq”
# 22 iyun 2013 17:40 (UTC +04:00)

Bakı-APA. ABŞ Suriya müxalifətinə hərbi yardım da daxil olmaqla, dəstəyi artıracaq. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bəyan edib. O bunu “Suriyanın dostları qrupu”na daxil olan ölkələrin XİN rəhbərlərinin Qətərin paytaxtı Doha şəhərində keçirilən görüşündə çıxışı zamanı deyib.     

 

ABŞ Dövlət departamentinin rəhbərinin sözlərinə görə, ABŞ Suriya probleminin “hərbi yolla həllinin” tərəfdarı deyil, lakin hesab edir ki, müxalifətçiləri danışıqlara cəlb etmək üçün onlara daha ciddi dəstəkləmək lazımdır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR