Bank Of Baku

ABŞ dövlət katibi Suriya XİN rəhbəri ilə danışıqlar aparıb

ABŞ dövlət katibi Suriya XİN rəhbəri ilə danışıqlar aparıb
# 25 avqust 2013 04:51 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri suriyalı həmkarı Valid əl-Müəllimlə telefon danışığında Suriyadakı vəziyyəti müzakirə edib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Dəməşq ətrafında ehtimal olunan kimyəvi silah istifadəsi məsələsinə   xüsusi diqqət yetirilib.

 

Digər təfərrüatlar açıqlanmır.

 

Qeyd edək ki, avqustun 21-də bir sıra KİV-lər hökumət qüvvələrinin Dəməşq ətrafında  kimyəvi silahdan istifadə etməsi barədə məlumatlar yayıb. İlkin məlumatlara görə, 600-dən çox insan kimyəvi silahın qurbanı olub. Suriya müxalifətinin milli koalisiyası isə 1300 nəfərin öldüyünü iddia edir. Hakimiyyət və ordu komandanlığı, öz növbəsində, bu xəbərləri təkzib edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR