Bakı-APA. «ABŞ xüsusi xidmət orqanlarının sirləri yaymaqda ittiham olunan Edvard Snouden Birləşmiş Ştatlara qayıdarsa onu ədalətli mühakimə gözləyir». ABŞ dövlət departamentinin nümayəndəsi Patrik Ventrell belə bir fikir işlədib.
«O ABŞ vətəndaşıdır və müvafiq hüquqlara, o cümlədən ədalətli mühakimə hüququna malikdir», deyə Ventrell əlavə edib.
Onun sözlərinə görə, Snouden ciddi cinayət törədib: «Bu, məxfi məlumatdan xəbəri olan şəxsin öz öhdəliklərini ciddi şəkildə pozmasıdır».