Bakı. Real Cəfərli - APA. ABŞ İran Dövlət Teleradio və Yayımları Şirkətinə (İRİB) bağlı telekanallara və radiolara qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib.
APA-nın verdiyi məlumata görə, bu qərar ABŞ-da fəaliyyət göstərən xarici şirkətlərə də 180 gün müddətində İran teleradiolarının yayımı üçün peyk xidmətləri göstərməyə icazə verir.
Xəbərdə həmçinin ABŞ hökumətinin qərarının müvəqqəti xarakter daşıdığı və sanksiyaların təkrar tətbiqinin mümkün olduğu bildirilib. Belə ki, İran öz öhdəliklərinə sadiq qalmayaraq digər ölkələrin teleradiolarına parazitlər göndərərsə, qərar yenidən qüvvəyə minəcək.