Bakı-APA. Ağ Ev Livanın «Hizbullah» hərəkatından və İrandan öz silahlı tərəfdarlarını Suriyadan çıxarmağı tələb edib.
«Aydındır ki, rejim öz qüvvələri ilə müxalifəti Əl-Küseyr şəhərindən çıxara bilməzdi və İranla «Hizbullah»dan asılıdır…Biz Livan rəhbərliyinin Suriya münaqişəsinə qarışmamaq barədə bəyanatını dəstəkləyirik. «Hizbullah» və İran dərhal döyüşçülərini Suriyadan çıxarmalıdırlar», deyə Ağ Ev mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Suriya müxalifəti Livanla sərhəddə əsas məntəqələrdən olan Əl-Küseyr şəhəri uğrunda döyüşlərdə öz məğlubiyyətini etiraf edib.
Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martından davam edir. BMT-nin məlumatına görə, döyüşlərdə indiyədək 80 minədək insan həlak olub.