Bakı. Real Cəfərli – APA. ABŞ İrana mobil telefon və kompüterlərin satışına qadağa qoyan sanksiyanı ləğv edib. APA-nın “Oyannews”a istinadən məlumatına görə, bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman bildirib.
Onun sözlərinə görə, qərar mayın 30-dan qüvvəyə minəcək.
V. Şerman deyib ki, ABŞ İrana qida məhsulları və dərmanların satışına qadağa qoyan sanksiyaları da qaldırmağa çalışır.
ABŞ rəsmisi vurğulayıb ki, müasir texnologiyalardan istifadə İran xalqına ehtiyaclarını ödəmək üçün daha yaxşı və sürətli ünsiyyət imkanı verir: “ABŞ prezidenti Barak Obama arada “dəmir pərdə” olmasını istəmir”.