Bank Of Baku

ABŞ "qara siyahı"ya saldığı fiziki və hüquqi şəxslərin yeni siyahısını açıqlayıb

ABŞ "qara siyahı"ya saldığı fiziki və hüquqi şəxslərin yeni siyahısını açıqlayıb
# 13 dekabr 2013 09:06 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Maliyyə Nazirliyi dekabrın 12-də İrana qarşı tətbiq edilmiş maliyyə və neft sanksiyalarını pozduqlarına görə daha 14 hüquqi və 4 fiziki şəxsi “qara siyahısı”na saldığını açıqlayıb.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunlardan 5-i xarici hüquqi və fiziki şəxsdir: Sinqapurun “Mid Oil Asia” və “Singa Tankers”, Fillipinin “Si1iriya Maritime”, həmçinin Ukraynanın “Ferland Company Limited” şirkəti və onun prezidenti Vitali Sokolenkodur.

 

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi İranın hərbi və nüvə proqramı ilə əməkdaşlıq etdiklərinə, ona yardım göstərdiklərinə görə 13 yerli şirkəti də “qara siyahısı”na salıb. Bunlar “Eyvaz Texnik”, İranın Atom Enerjisi Təşkilatına bağlı olan “Nüvə xam maddələrinin kəşfi və istehsalı”, “Məvade Tərkibi Nəvid”, “Negine Porto Xavər”, İrəc Məhəmmədi Göhvərin və Mahmud Məhəmmədi Daini (Hər iki şəxs ABŞ tərəfindən iki il əvvəl sanksiya tətbiq edilmiş “Neka Novin” şirkətinin yüksək səviyyəli rəsmiləridir), “Neka Novin Alyaj”, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan “Sənayeye Həvayi Qods” və bu şirkətin maliyyə məsələləri şöbəsinin müdiri Rza Əmidi, “Fənpərdazən”, “Ertebate Qostərnovin” şirkətləri və “Sənayeye Həvayi İran” Təşkilatıdır (İran Aviasiya Təşkilatı).

 

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi dekabrın 11-də də Avropa və Asiyada fəaliyyət göstərən 19 hüquqi və fiziki şəxsi İranın “MahanAir” hava yolları şirkəti ilə əməkdaşlıq etdiklərinə, həmçinin ABŞ-dan ehtiyat təyyarə hissələri alaraq bu ölkəyə göndərdiklərinə görə öz “qara siyahısı”na salıb. Onların əksəriyyəti Türkiyədə, digərləri isə Ermənistan, Yunanıstan, İran, Tailand və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir.

 

ABŞ Maliyyə Nazirliyinin “qara siyahısı”na düşmüş yalnız iki şirkətin adı açıqlanıb. Bunlar Ermənistanın “Vertir Airlines” və Yunanıstanın “Aeolian Airlines” hava yolları şirkətləridir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR