Bank Of Baku

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
# 04 iyun 2013 04:24 (UTC +04:00)

Bakı-APA. ABŞ administrasiyası İrana qarşı sanksiyaları sərtləşdirib. APA-nın məlumatına görə, prezident Barak Obama buna dair xüsusi fərman imzalayıb.

 

Ağ Evin rəsmi nümayəndəsi Cey Karninin sözlərinə görə, bu addım İslam Respublikasının təcridinin dərinləşdirilməsinə yönəlib.

 

Bu dəfəki sanksiyalar İranla maliyyə əməliyyatları həyata keçirən maliyyə qurumlarına aid olacaq.

 

Sanksiyalar «qara siyahıda» olan İran nümayəndələrinə maliyyə dəstəyi göstərilməsinin də qarşısını alacaq.

 

«Azərbaycandakı «Şahdəniz» qaz yatağını Türkiyə və Avropa ilə birləşdirəcək boru kəməri layihəsi ilə bağlı olan İranın müəyyən fəaliyyət növləri və bank təşkilatlarına qarşı sanksiya tətbiq olunmayacaq», deyə Karni bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR