Bank Of Baku

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
# 04 iyun 2013 23:12 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. ABŞ İrana qarşı sanksiyaları sərtləşdirməkdə davam edir. APA-nın məlumatına görə, ABŞ Maliyyə Nazirliyi bu dəfə İran hökumətinin aktivlərini idarə etmək üçün yaradıldığı ehtimal edilən beynəlxalq maliyyə şəbəkəsinə sanksiya qoyub. Bunlar “İmam Xomeyninin İcraiyyə Komitəsi (The Execution of Imam Khomeinis Order (EIKO) International Financial Network) və ona daxil olan 37 törəmə şirkətdir. Bu şirkətlər investisiya, ticarət, sığorta və bank sektorunda fəaliyyət göstərirlər. Onların arasında “Amin Investment” tanınmış bankı da var. Bundan əlavə, həmin şirkətlərdən bəziləri bir sıra xarici ölkələrdə qeydə alındığı bildirilir. Bunlar MCS Engineering, MCS International GMBH (Almaniya), Cylinder system L.T.D. (Xorvatiya), One Vision Investment 5 (CAR) və “Golden resources trading company L.L.C.”dir (BƏƏ).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR