Bank Of Baku

ABŞ İrana yeni sanksiyalar tətbiq edib

ABŞ İrana yeni sanksiyalar tətbiq edib
# 31 may 2013 23:57 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. ABŞ İranın neft-kimya sənayesi ilə əlaqəli olan 8 şirkətə sanksiya tətbiq edib. APA-nın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Adları “qara siyahı”ya salınmış şirkətlər isə “Mobin Petrochemical”, “Bou Ali Sina Petrochemical”, “Bandar Imam Petrochemical”, “Jam Petrochemical”, “Nouri Petrochemical”, “Pars Petrochemical”, “Nikisma Food and Beverage” və “Ferland Company Limited”dir.

Bundan əlavə, İrana qarşı beynəlxalq embarqonu pozduqlarına və bu ölkə ilə əməkdaşlıq etdiklərinə görə Ukraynanın “Bukovina Airlines” və “Ukranian-Mediterrenian Airlines” və Qırğızıstanın “Kirgiztransavia” hava yolları şirkətlərinə də sanksiya tətbiq edib.

Qərara əsasən, adları “qara siyahı”ya salınmış həmin fiziki və hüquqi şəxslərin ABŞ-dakı bütün aktivləri və əmlakı dondurulacaq, onların rəhbərlərinin bu ölkəyə səfərlərinə və yerli şirkətlərin də onlarla əməkdaşlıq etməsinə qadağa qoyulacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR