Bank Of Baku

ABŞ İranın sədrliyinə etiraz olaraq BMT-nin tərksilah konfransında iştirakdan imtina edib

ABŞ İranın sədrliyinə etiraz olaraq BMT-nin tərksilah konfransında iştirakdan imtina edib
# 15 may 2013 08:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ BMT-nin tərksilah konfransında iştirakdan imtina edib. APA-nın İRİB-ə istinadən məlumatına görə, buna səbəb tədbirə İranın sədrlik edəcək olmasıdır.

 

Xəbərdə bildirilir ki, ABŞ sanksiyaya məruz qalmış ölkələrin rəsmi və ya protokol vəzifələri icra etməsinə qadağa qoyulması fikrinə sadiq qalaraq bu addımı atıb.

 

Qeyd edək ki, BMT-nin tərksilah konfransına sədrlik 65 üzv ölkə arasında əlifba sırası ilə dövr edir. Mayın 27-dən iyunun 23-dək keçiriləcək konfransa İran sədrlik edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR