APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə palatanın spikeri Con Beyner bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama ötən gün Suriyada hərbi əməliyyat keçirmək üçün Konqresin razılığını almaq niyyətində olduğunu bəyan edib.
“Biz bu məsələnin Nümayəndələr Palatası tərəfindən sentyabrın 9-dan sonrakı həftə ərzində müzakirə olunacağını gözləyirik. Konqresi və Amerika xalqını tam məlumatlandırmaq üçün prezidentin hələ kifayət qədər vaxtı var”, deyə Beyner bəyan edib.