Bakı-APA. ABŞ Konqresinin spikeri Con Beyner rusiyalı parlamentarilərdən ibarət nümayəndə heyəti ilə görüşdən imtina edib. APA-nın “Fox News”a istinadən verdiyi məlumata görə, bunu Beynerin mətbuat katibi deyib.
“Spiker Rusiya səfirliyinin müvafiq sorğusunu rədd edib”, - deyə o vurğulayıb.
CNN telekanalı bildirir ki, rusiyalı deputatlar hələ Vaşinqtona heç gəlməyib. Moskvada ABŞ-a gondəriləcək nümayəndə heyətində kimin yera alacağını müəyyənləşdirməyiblər.