Bank Of Baku

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi İrana qarşı yeni sanksiyalar paketi qəbul edib

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi İrana qarşı yeni sanksiyalar paketi qəbul edib
# 23 may 2013 14:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi İrana qarşı yeni sanksiyalar paketi qəbul edib.

 

APA-nın məlumatına görə, “İranın nüvə gücü əldə etməsinin qarşısının alınması aktı” adlanan sənəd ABŞ-ın İrana qarşı indiyədək tətbiq etdiyi sanksiyalardakı boşluqları doldurmağı və nüvə proqramından imtina etməsi üçün bu ölkəyə təzyiqləri artırmağı qarşısına məqsəd qoyur.

 

Yeni sanksiya paketi İranın neft ixracatının daha çox məhdudlaşdırılmasını, İranın xaricdəki bank hesablarına girişin qadağan edilməsi, “qara siyahı”ya salınmış İran şirkətlərinin sayının artırılmasını, sənaye, mədən, avtomobil və digər sahələri əhatə etməkdədir. Sənəd qüvvəyə minməsi üçün ABŞ Nümayəndələr Palatası tərəfindən də qəbul edilməli və daha sonra prezident tərəfindən təsdiqlənməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR