Bank Of Baku

ABŞ konqresmenləri İranın nüvə proqramının diplomatik yolla həllinə çağırır

ABŞ konqresmenləri İranın nüvə proqramının diplomatik yolla həllinə çağırır
# 08 iyul 2013 10:36 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Konqresinin iki demokrat və respublikaçı üzvü prezident Barak Obamaya məktub yazıb.

 

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, məktubda B. Obamadan İranda iyunun 14-də keçirilmiş prezident seçkilərindən sonra yaranmış fürsəti dəyərləndirmək və bu ölkənin nüvə proqramı ətrafında yaranmış gərginliyi diplomatik yolla həllinə çalışmaq tələb edilib.

 

Qeyd edək ki, məktub müəllifləri Devid Prays və Çarls Dentdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR