Bank Of Baku

ABŞ Maliyyə Nazirliyi: “İrana qarşı təzyiqlər sanksiyalar yolu ilə davam edəcək”

ABŞ Maliyyə Nazirliyi: “İrana qarşı təzyiqlər sanksiyalar yolu ilə davam edəcək”
# 14 yanvar 2014 13:27 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İrana qarşı təzyiqlər sanksiyalar yolu ilə Cenevrə razılaşmasının qüvvədə olduğu 6 ay müddətində də davam edəcək”.

 

APA - nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ maliyyə nazirinin müavini Devid Kohen deyib.

 

O bildirib ki, İranla “altılıq” ölkələri arasında əldə olunmuş nüvə razılaşmasına uyğun olaraq aradan qaldırılması nəzərdə tutulan sanksiyaların iqtisadi dəyəri 6-7 milyard dollardır. 

 

Qeyd edək ki, İranla “altılıq” ölkələri Cenevrə razılaşmasının yanvarın 20-dən icrası barədə razılığa gəlib. Qərb İrana qarşı tətbiq etdiyi sanksiyaları dayandıracaq, İran isə uranın 20% zənginləşdirilməsi ilə bağlı işləri təxirə salacaq. Eyni zamada İranın xaricdə dondurulmuş 4,2 milyard dollarlıq aktivləri 6 ay müddətində sanksiyadan azad ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR